VAKANSİYA

13 Fevral

\"PASHA Holdinq\" işçi axtarır – VAKANSİYA

PASHA Holdinq Maliyyə biznes Qrupu daxilində təcrübə keçmək istəyən namizədləri dəvət edir.

Təcrübə proqramının üstünlükləri:

• Biznes Qrupu daxilində 6 ay müddətində ödənişli təcrübə;
• Seçilən namizədlərin Biznes Qrupu daxilində bir neç istiqamət üzrə yerdəyişməsi planlaşdırılır;
• Bütün seçilən namizədlərin Alteryx proqramında geniş təlim keçməsi nəzərdə tutulur;
• Bütün seçilən namizədlər layihələrin idarəedilməsi, analitik iş və əlaqələrin idarəedilməsi kimi müxtəlif sahələr üzrə təcrübə əldə edəcəklər;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Təcrübə proqramı universitetləsi son 3 ildə bitirən hər kəs üçün açıqdır;
• Namizədin yüksk səviyyəli universitet təcrübəsi və qiymətləri olmalıdır;
• İngilis dilinin mükəmməl biliyi. Rus dili üstünlükdür;
• Yaxşı ünsiyyət qurma bacarıqları və müsbət münasibət;
• Excel və Power Point proqramlarının biliyi üstünlükdür;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• CV ile birgə 300 sözdən çox olmamaq şərti ilə motivasiya məktubu;
• Mövzu sətrində “Biznes Qrupu daxilində təcrübəçi” qeyd olunmalıdır;
• CV-lər 28 fevral 2021-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.