VAKANSİYA

11 Fevral

\"Xalq Bank\" işçi axtarır – VAKANSİYA

Xalq Bank Biznesin İnkişafı İdarəsinin Məlumat mərkəzinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil;
• Müştəri ilə ünsiyyət qurma bacarığı;
• Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, fəallıq;
• Kompüter proqramları ilə istifadə bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Nəzakətlik, dəqiqlik;
• Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.
• Bank sektorunda təcrübənin olması;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• Banka daxil olan zənglərin cavablandırılması;
• Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;
• Online Məsləhətçi vasitəsi ilə təqdim olunan sualların cavablandırılması;
• Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;
• Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;
• Görülən işlər üzrə hesabatların hazırlanması;
• Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34