VAKANSİYA

17 Dekabr

"Badamlı" işçi axtarır – VAKANSİYA

Bakı 17 dekabr Fins.az

“Badamlı” Mineral sular Satış mərkəzi Korporativ Satış üzrə Menecer vakansiyasını açıq elan edir.

 

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz

• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Satış sisteminin təkmilləşdirilməsində konsultantların dəstəyi ilə yaxından iştirak və liderlik
• Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Korporativ telefon
• Qanunvericiliyə uyğun sənədləşdirmə

Bizim üçün ideal namizəd:

• Ali təhsil
• Satış sahəsində ən az 3 il iş təcrübəsi olan
• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
• İşgüzar danışıqlar aparmaq və yüksək yazılı və şifahi ünsiyyət keyfiyyətlərinə malik olmaq
• Bakı və müvafiq region üzrə hotel və restoran sistemini yaxşı tanımaq
• Kompüter və MS Office proqram bilikləri
• Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dilini bilmək üstünlükdür

Görəcəyiniz işlər:

• Bakı və Abşeron üzrə yerləşən müştərilərə, xüsusən hotel və restoran şəbəkələrinə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
• Müştərilər və Məhsulların çeşidləri üzrə satış hədəflərini maksimum həyata keçirmək
• Satılmış məhsullara görə ödənişlərin effektiv və vaxtında yığılması üçün profilaktik tədbirlər həyata keçirmək
• Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
• Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
• Şirkətin coğrafi genişlənməsi ilə bağlı təkliflər vermək və tədbirlər görmək

Əgər bizim axtardığımız ideal Korporativ Satış Meneceri Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Korporativ Satış Meneceri")

Müraciət üçün son tarix - 25 Dekabr, 2020

www.badamli.az

Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)