VAKANSİYA

17 Dekabr

"NAR" işçi axtarır – VAKANSİYA

Bakı 17 dekabr Fins.az

NAR Animasiya və motion qrafik dizayner vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında

İdarə: B2C Kommersiya
Şöbə: Marketinq Ünsiyyət Vasitələri
İş qrafiki: Standart
İş müddəti: Daimi
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 23.12.2020

Sizin əsas vəzifə öhdəlikləriniz

*2D və 3D animasiya və hərəkətli qrafik məzmunları hazırlamaq
*Brif əsasında gündəlik/aylıq video məzmunu təhvil vermək
*Hərəkətli qrafik məzmunları üçün dizayn planı və konsepsiyası tərtib etmək
*Müxtəlif media platformaları üçün hərəkətli qrafik məzmunlarını adaptasiya etmək (web, mobil və s.)
*Uyğun musiqiləri, müxtəlif audio effektləri seçmək və video ilə uyğunlaşdırılmasını təmin etmək
*Verilmiş təlimatlar əsasında video məzmun işlərini təyin olunmuş zaman çərçivəsində təqdim etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil
*Uyğun sahədə ən azı 5 il iş təcrübəsi (TV, kreativ agentlik və s.)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Yüksək keyfiyyətli dizaynların qısa müddətdэ konseptinin yaradılması və hazırlanması bacarığı
*Təşəbbüskar və yaradıcı
*Nəticə yönümlülük
*Detallara yönümlülük
*Bir neçə tapşırığı eyni zaman çərçivəsində yerinə yetirmə qabiliyyəti
*Azərbaycan dilini səlis bilmək (Rus və İnglis dili biliyi üstünlük hesab olunur)
*Dizayn prinsipləri və rəng nəzəriyyəsi üzrə bilik
*Premier Pro, After Effects, Photoshop, İllustrator, Animate InVision Studio proqramları üzrə bilik

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda “Animasiya və motion qrafik dizayner’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.