VAKANSİYA

17 Dekabr

“FİNCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

Bakı 17 dekabr Fins.az

“FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MƏRKƏZ FİLİALI üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

Əsas Öhdəliklər

• Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
• Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
• Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
• Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
• Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
• Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
• Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
• Tələb olunarsa, “FİNCA Azərbaycan”ın müxtəlif filial ofislərinə səfərlər və/və ya rotasiya;
• Aylıq və yarım-illik performans hədəflərinə nail olmaq; müştəri məmnuniyyəti standartları/hədəfləri və müştəri şikayətlərinin nisbəti ilə ölçülən yüksək keyfiyyətli müştəri xidmətləri göstərmək; Dəqiq hesabatvermə və sənədlərin emalı.

Tələb olunan bilik və bacarıqlar

• Ali təhsil. Bakalavr dərəcəsi - biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə diploma üstünlük verilir;
• Səlis Azərbaycan dili;
• MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; çapetmə və məlumat daxiletmə bacarıqları;
• Müştəri xidmətləri və “back” ofis təcrübəsinə üstünlük verilir;
• İşgüzarlıq və aktivlik.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 08 yanvar 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Mərkəz Filialı) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.