SOSİUM

04 Mart

Yeni deputatlara vəsiqələrin veriləcəyi VAXT MƏLUM OLDU

Milli Məclisin deputatı seçilmiş şəxslərə deputat vəsiqəsinin veriləcəyi vaxt məlum olub.

Fins.az-ın verdiyi məlumata görə, Milli Məclisin ilk iclasında deputat seçilmiş şəxslərə deputat vəsiqəsi veriləcək.

Deputat vəsiqəsini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilib.

Xatırladaq ki, V çağırış Milli Məclisin deputatlarına da deputat vəsiqəsi parlamentin ilk iclasında təqdim edilmişdi.