QARABAĞ

20 Noyabr

Zabuxda daha 25 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün Laçının Zabux kəndinə qayıdan daha 25 ailəyə evlərin açarları təqdim olunub.

Fins.az xəbər verir ki, növbəti köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.