QARABAĞ

20 Noyabr

Zəngilan rayonunun Zəngilan və Alıbəyli kəndlərinin sakinləri ilə görüş keçirilib

İşğaldan azad edilmiş və yenidən tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib.

Qurumdan Fins.az-a bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən görüşdə Zəngilan rayonunun Alıbəyli və Zəngilan kəndlərinin sakinləri iştirak edib.

Tədbirin məqsədi kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onun ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.

Həmçinin, görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, onların istək və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Günel Məlikzadə
Fins.az