QARABAĞ

13 Noyabr

İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib - Samir Şərifov

Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb.

Fins.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmini açıqlayıb.

Onun sözlərinə görə, ölkəmizin tarixinə hərtərəfli tərəqqi illəri kimi daxil olan bu mərhələdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib.

Nazir bildirib ki, bu mərhələdə ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub: “Azərbaycan dövləti artıq 3 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də azad edilmiş ərazilərdə quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Azad olunmuş ərazilərin - Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq”.