QARABAĞ

06 Noyabr

Şərqi Zəngəzur və Qarabağın bərpası üçün vəsait artırılmalıdır - Deputat

Şərqi Zəngəzur və Qarabağın bərpası üçün vəsait artırılmalıdır.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, hərbi və müdafiə xərclərinin artırılması da məntiqlidir.

“Ərzaq inflyasiyasının iki rəqəmli həddə qalması narahatlıq doğurur. Bu da aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün əlavə tədbirlərə görməyə ehtiyac yaradacaq. Ona görə də inflyasiyanın aşağı salınması üçün tədbirlər görülməlidir”, - M.Quliyev əlavə edib.