İDMAN

28 Mart

Kriştiano Ronaldonun 2,5 milyon avroluq oyuncağı - FOTO

“Əl-Nassr”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo bahalı oyuncaqlarına yenisini əlavə edib.

Fins.az xəbər verir ki, sahib olduğu lüks avtomobilləri ilə diqqət çəkən Ronaldo yeni maşını ilə Portuqaliyada görüntülənib.

Milli komanda üçün Portuqaliyada olan Kriştiano Ronaldo 2,5 milyon avroluq Ferrari Daytona SP3 markalı avtomobili ilə görüntülənib.

Portuqaliyalı ulduzun yeni avtomobili cəmi 599 ədəd istehsal edilib.

840 at qüvvəsi və 697 Nm fırlanma anı hasil edən avtomobil 0-dan 100 km-ə 2,85 saniyəyə sürətlənir.

Günel Məlikzadə
Fins.az