İDMAN

14 Mart

Ən dəyərli oyunçular - SİYAHI

Football Benchmark UEFA Avropa Konfransı Liqasında mübarizə aparan 16 komandanın öz məlumatlarına əsaslanaraq müəyyən etdiyi oyunçu qiymətlərinə görə siyahısını dərc edib. Bu mövsüm son 16-ya yüksələn komandaların ən dəyərli futbolçuları siyahısına yalnız "Fənərbağça"dan Sebastyan Şimanski daxil olub.

Fins.az UEFA Avropa Konfrans Liqasında 1/8 finala yüksələn komandaların ən dəyərli oyunçularını təqdim edir:

10- Alexander Prass - Sturm Graz - 8,4 milyon avro

9- Cannis Konstantelias - PAOK - 9,9 milyon avro

8- David Karmo - Olimpiakos - 16,1 milyon avro

7- Martin Baturina - Dinamo Zaqreb - 21,9 milyon avro

6- Antonio Nusa - Club Brugge - 25,3 milyon avro

5- Sebastyan Şimanski - 26,1 milyon avro

4- Brayan Brobbi - Ajax - 34,2 milyon avro

3- Nikolas Qonzales - Fiorentina - 45 milyon avro

2- Conatan David - Lille - 53,1 milyon avro

1- Ollie Watkins - Aston Villa - 66,7 milyon avro

Günel Məlikzadə
Fins.az