DÜNYA

21 Oktyabr

Trampın yardım təklifi Demokratlarınkini üstələyib

Fins.az xəbər veriri ki, ABŞ-da prezident seçkisinə iki həftə qalmış Donald Tramp Fox News-ə verdiyi açıqlamasında, respublikaçıların müqavimətinə baxmayaraq, Demokratların tələb etdiyi 2.2 trilyon dollardan artıq yardım paketi məbləğinə razıdır. Prezident qanunun qəbulunda Demokratlardan da gələn səsləri qəbul etdiyini də vurğulayıb. 

Pelosi isə çərşənbə axşamı razılaşmanın əldə edilə biləcəyini və seçkiyə qədər yardım paketinin qəbul oluna biləcəyini açıqlamışdır. 

Qeyd etmək lazımdır ki, cari hökümət yardım paketinin 1.8 trilyon dollar dəyərində qanun layihəsi təklif etsə də Sentadaki respublikaçılar böyük məbləğə qarşıdırlar. Demokratlar isə 2.2 trilyon dolları müdafiə edirlər. 

Maliyyə naziri Stiv Mnuçin və parlamentin aşağı palata sədri, demokrat Nensi Pelosi ilə razılaşma uğrunda müzakirələr aparır. Pelosi isə seçkiyə qədər razılaşmanın əldə edilə biləcəyini açıqlamışdır. 

Konqres tərəfindən il ərzində 3 trilyon dollarlıq paket qəbul edilmişdir. (investaz.az)