DÜNYA

21 Oktyabr

Netflix-dən abunəçilər və gəlirləri barədə AÇIQLAMA

Netflix bu ilin üçüncü rübündə 2,2 milyon yeni abunəçi qəbul edib.
Fins.az xəbər verir ki,qlobal internet televiziya şəbəkəsi olan Netflix-in yeni abunə sayı, bu ilin üçüncü rübündə 2,2 milyon olub ki, bu da keçən ilin eyni dövrünə nisbətən 67,5% azalıb.

Netflix bu ilin üçüncü rübü üçün balansını açıqlayıb.

Buna görə şirkətin bu ilin üçüncü rübündə gəliri əvvəlki ilin eyni dövrünə görə 22,7 % artaraq 6,44 milyard dollara çatıb. Şirkətin gəliri keçən ilin iyul-sentyabr aylarında 5.2 milyard dollar olub.

Netflix-in xalis mənfəəti də bu ilin üçüncü rübündə ötən ilin eyni dövrünə nisbətən 18,8%  artaraq 790 milyon dollara yüksəlib. Firmanın xalis mənfəəti keçən ilin üçüncü rübündə 665 milyon dollar idi.

Ötən ilin üçüncü rübündə 1,47 dollar olan şirkətin hər səhm üçün  qazancı bu ilin eyni dövründə 1,74 dollara çatıb.

Netflix-in yeni abunəçi böyüməsi bu ilin üçüncü rübündə yavaşlayıb.

Bu televiziya şəbəkəsinin yeni abunəçilərinin sayı bu ilin üçüncü rübündə 2,2 milyon nəfər olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 67,5 % azalıb. Netflix-in keçən ilin iyul-sentyabr aylarında təxminən 6.8 milyon yeni abunəçisi var idi.

Bu ilin ilk rübündə Netflix-in 15,8 milyon, ikinci rübdə isə 10,1 milyon yeni abunəçisi var idi.

Müəllif: Aynur Qəniyeva