DÜNYA

19 Oktyabr

Laqard: Əlavə maliyyə dəstəyinə ehtiyac ola bilər

Avropa Mərkəzi Bank (AMB) sədri Kristin Laqardın bazar ertəsi yayımlandığı müsahibəsində, yumşaq monetar siyasətini genişləndirə biləcəyinə dair açıqlamalar verib. 

Yay aylarında iqtisadiyyatda müşahidə edilən qeyri-bərabər, qeyri-müəyyən və natamam inkişaf dinamikasının indi də zəifləməsi təhlükəsi ilə qarşı-qarşıya olduğunu deyən Laqard, payız aylarında vəziyyəti izləyəcəklərini və lazım olacağı təqdirdə tədbirlər görəcəklərini xatırladıb. 

Beləliklə, maliyyə bazarlarında trilyonluq Korona-istiqraz alışı proqramının (PEPP) ilin sonuna kimi daha da genişləndiriləcəyi ehtimalları artıb. 

Bununla yanaşı, sədr Avropanın da daimi iqtisadi dəstək alətləri də yaratmalıdır. Bununla 750 milyard avro dəyərində olan Korona Yenidənqurma fonduna toxunan bankir, bunun Korona böhranına qarşı yaxşı addım olması ilə yanaşı, gələcək böhranlara qarşı da istifadə edilən bilən bir daimi alət kimi qəbul olunmasını təklif edib. 

Qeyd etmək lazımdır ki, AMB Korona böhranına istiqraz alışı proqramının böyüdülməsi və banklar üçün sərfəli uzun müddətli kreditlərlə reaksiya vermişdi. 

(investaz.az)