DÜNYA

15 Oktyabr

ABŞ-da əmək bazarı diqqət mərkəzində

Fins.az xəbər verir ki, bu gün dərc ediləcək önəmli fundamental göstəricilərdən biri Amerikanın əmək bazarı ilə əlaqədardır. Gözləntilər fonunda əmək bazarında bir növ nikbin gözləntilər formalaşmışdır. 

Belə ki, faktiki işsizliyə görə müavinət alanların sayının 10.976 mindən 10.700 minə, ümumi olaraq 270 min insan azalacağı proqnozlaşdırılır. Ən vacib pozitiv proqnoz isə müavinətə görə yeni müraciətlərin ötən həftə ilə müqayisədə 840 mindən 825 minə düşməsidir. 

Bildiyimiz kimi amerikan əmək bazarı dünyanın bir nömrəli iqtisadiyatının daxili ticarət dövriyrəsinin yaxın perspektivi haqda önəmli məlumat vermiş olur.