DÜNYA

15 Oktyabr

FED: Dallas: ABŞ iqtisadiyyatı gələn il 3.5% böyüyəcək

Fins.az xəbər verir ki, Amerika Mərkəzi Bankının (FED) Dallas mərkəzinin sədri Robert Kaplan çərşənbə günü Korona böhranı ərzində iqtisadi aktivliyin fərdi fəaliyyətdən asılı olmayan sektorlara yönəldiyini və işsizlikdən zərər görən amerikalılara iş yeri tapmaları üçün yardım etməyin lazım olduğunu deyib. 

Bununla yanaşı, Kaplan ABŞ iqtisadiyyatının 2020-ci ildə 2.5% kiçiləcəyini, 2021-ci ildə isə 3.5% böyüyəcəyini proqnozlaşdırır.