AVTO

09 Aprel

Çin avtomobil markaları Rusiya bazarını ələ keçirib

Son zamanlar böyük uğurlara imza atan Çin avtomobil istehsalçıları Rusiya bazarında özlərini göstərməkdə davam edirlər. Bu vəziyyətin yaranmasına ən böyük səbəb kimi Rusiyanın son illərdə Qərblə münasibətlərinin pisləşməsi və Ukraynada müharibənin başlaması göstərilir. 2024-cü ilin ilk 3 ayında Çin şirkətlərinin Rusiya bazarında görünən uğurları da gələcəyə ümid verir. 

Fins.az xəbər verir ki, Qərb brendləri Rusiyada satışını tamamilə dayandırdıqda, Çin brendləri ölkəni işğal etmək fürsətindən istifadə edərək geniş kampaniyalar və böyük endirimlər etməyə başladılar. Bu ağıllı hərəkətin təsirini 2024-cü ildəki satış rəqəmləri ilə rəsmi şəkildə gördük.

2024-cü ilin ilk rübündə ölkədə ən çox satılan 10 avtomobil markasından 9-u Çin markası olduğu halda, siyahıda birinci yeri tutan şirkət təxminən 90 min ədədlə Rusiyanın ən köklü avtomobil istehsalçısı Lada oldu.

Geely ilk 3 ayda 15 min ədəd barajını keçərək diqqəti üzərinə çəkərkən, Chery də eyni dövrdə 13 mini keçib. Bundan əlavə, şirkətin Omoda, Jetour və Exeed subbrendləri də reytinqdə öz yerini tapıb. Görünən odur ki, Çin brendləri qarşıdakı dövrdə də Rusiya bazarında uğurlarını davam etdirəcəklər.

Günel Məlikzadə
Fins.az