AQRO

06 May

Neftçalada 5905 hektar sahədə yazlıq bitkilər əkilib

Neftçalada cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları ilin son 4 ayı ərzində 5905,7 hektar yazlıq bitkilər əkini aparıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 728,2 hektar və ya 14,1 faiz çoxdur.

Əkin aparılmış sahələrin 1764 hektarını yonca, 140,4 hektarını kartof, 120,6 hektarını tərəvəz, 171,8 hektarını bostan bitkiləri, 3675 hektarını pambıq, 31 hektarını vələmir, 2,8 hektarını qarğıdalı bitkisi, 0,3 hektarını isə günəbaxan təşkil edir.

Yazlıq bitkilərin əkini davam edir.