"Xalq Bank" ASC, Məsafədən Bankçılıq İdarəsinin Çağrı mərkəzinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Banka daxil olan zənglərin cavablandırılması;
- Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;
- Online Məsləhətçi vasitəsi ilə təqdim olunan sualların cavablandırılması;
- Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;
- Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;
- Görülən işlər üzrə hesabatların hazırlanması;
- Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.
Tələblər:
- Ali təhsil;
- Müştəri ilə ünsiyyət qurma bacarığı;
- Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, fəallıq;
- Kompyuter proqramları ilə istifadə bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Nəzakətlik, dəqiqlik;
- Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.
- Bank sektorunda təcrübənin olması;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az