"Azerconnect" MMC, Büdcələmə və planlama üzrə kiçik mütəxəssis / Budgeting and Planning Junior Specialist vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Birbaşa rəhbərin koordinasiyası ilə illik büdcənin (maliyyə hesabatları, konsolidasiya, təqdimatlar) hazırlanmasına dəstək
- Mütəmadi olaraq proqnozların (maliyyə hesabatları, konsolidasiya, təqdimatlar) hazırlanmasına dəstək
- Büdcədə nəzərdə tutulan rəqəmlərlə faktiki rəqəmlər arasında fərq təhlili aparmaq və büdcədən çox/aşağı olmasının səbəblərini araşdırmaq
- Cari dövrün faktiki rəqəmlərini əvvəlki dövrlərlə müqayisə etmək üçün analitik prosedurları yerinə yetirmək və maliyyə nəticələrinin düzgünlüyünə əminlik əldə etmək
- Müxtəlif xərclərə nəzarət prosedurları həyata keçirməkdə dəstək göstərmək
- Rəhbərlik tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək
Tələblər:
- Maliyyə, Mühasibatlıq, Menecment və oxşar sahələr üzrə ali təhsil
- Əsas maliyyə hesabatlarınn tərtibatı üzrə ümumi anlayiş
- Büdcələmə prosesi və plan fakt analizi üzrə ümumi anlayış
- Excel proqramından yuksək səviyyədə istifadə etmək bacarığı
- Azərbaycan dili - mükəmməl, İngilis və Rus dilləri – orta;
- MS Office proqramları üzrə təcrübə.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az