"Norm" ASC, Xəzinədar vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi
- Mühasibatlıq/xəzinədarlıq sahəsi üzrə 3 idən artıq iş təcrübəsi
- Balans cədvəli, pul vəsaitlərinin hərəkəti, maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər
- Maliyyə qanunları və qaydaları barədə məlumatlı olmaq
- Maliyyə uçotu və əlaqədar sistemlərdə iş bacarığı
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
- ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilərin olması üstünlükdür
- SAP proqramı üzrə istifadə bacarıqları arzuolunandır
Əsas vəzifə və öhdəliklər:
- Nağd pul vəsaitlərin qəbulu, saxlanması, uçotu və təhvili ilə bağlı əməliyyatları onların qorunmasını təmin edən qaydaları riayət edərək həyata keçirmək
- Müəyyən olunmuş nağd ödənişlərin aparılması üçün bank təşkilatlarından pul vəsaitlərini almaq bununla bağlı sənədləşməni aparmaq
- Mədaxil və məxaric sənədləri əsasında Xəzinə Kitabını aparmaq
- Xəzinədə qalan pul vəsaitlərin və kassa kitabında qalıq göstəricilərinin uyğunluğunu yoxlamaq
- Yararsız hala düşmüş kupyuraların siyahısını tərtib etmək və onları banka təhvil verərək yeniləri ilə əvəz edilməsini təşkil etmək
- Müəyyən olunmuş qaydada nağd pul vəsaitlərini inkassatorlara təhvil vermək
- Xəzinə hesabatını tərtib etmək
- Ona təhvil verilmiş pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılmasına dair bütün müvafiq tədbirləri görmək və nağd pul vəsaitlərin saxlanmasına təhlükə yaradan halların mövcudluğunu aşkar etdikdə, bu barədə Birbaşa Rəhbərə məlumat vermək
- Nağd pul vəsaitlərin saxlanılması, təhvil verilməsi, alması, daşınması və bu vəsaitlərlə bağlı digər əməliyyatlar və pul vəsaitlərin mühafizə tədbirləri barəsində məlumatı üçüncü şəxslərə yaymamaq
- Nağd və nağdsız şəkildə olan bütün pul vəsaitlərinin dövriyyəsini (pulların mədaxili və məxarici) təşkil etmək və SAP sistemində əks etdirmək
- Aylıq/rüblük/illik pul axının hesabatını hazırlamaq
- Aylıq/rüblük/illik kreditlər üzrə borcların və faizlərin hesabatını hazırlamaq
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Zemfira Ms
Fins.az