VAKANSİYA

04 Dekabr

Ekvayrinq layihələrin idarə edilməsi üzrə baş mütəxəssis - VAKANSİYA

"ABB" ASC, Ekvayrinq layihələrin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Ekvayrinq layihələri üzrə bazar araşdırılması aparmaq və yeni məhsulların hazırlanması üzrə təkliflər hazırlamaq;
  • Ekvayrinq məhsulları üzrə texniki tapşırıqların yazılması, layihələrinin idarə edilməsi;
  • Potensial müştərilər və seqmentlər üzrə təhlillərin aparılması;
  • Məhsullar, biznes vahidləri üzrə təhlillərin aparılması;
  • Müvafiq təhlil hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq işlərin tamamlanması;
  • Departamentin digər bölmələri tərəfindən sifariş olunan layihələrə dəstəyin göstərilməsi.

Tələblər:

  • Ali texniki və ya iqtisadi təhsilə;
  • Ekvayrinq sahəsi üzrə minimum 3 illik təcrübəyə
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Təqdimat bacarığına;
  • Bank işi və bank əməliyyatlarına dair ümumi biliklərə;
  • Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığına;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və PowerPoint biliklərinə;
  • Rus dili və İngilis dili biliyinə sahib olan namizəddir.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az