"Kapital Bank" ASC, Biznesə dəstək departamentinin Valyuta və klirinq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bankın və müştərilərin xarici valyuta əməliyyatlarını müvafiq ödəniş sistemlərində avtorizasiya, modifikasiya və ya verifikasiya etmək;
- Xarici valyuta ödənişlərinin müvafiq qanunvericiliyə, Mərkəzi Bankın normativ hüquq sənədlərinə və Bankın digər qaydalarına uyğun aparılmasına nəzarət etmək;
- BƏS-də lazımi müxabirləşmələrin yığımı və avtorizasiya edilməsi;
- Xarici valyutada idxal və ixrac əməliyyatları üzrə daxil olmuş yük gömrük bəyannamələrinin vaxtında bağlanmasını təmin etmək;
- Xarici valyutada idxal və ixrac əməliyyatlarının müvafiq qanunvericiliyə uyğun vaxtı tamam olduqda yük gömrük bəyannaməsi təqdim olunmamış müştərilərin siyahısının Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etmək;
- Ümumi şöbə üzrə nəzərdə tutulan iş yükünün tam olaraq təmin edilməsində iştirak və s.
Tələblər:
- Bank sahəsi üzrə ən az 2 il iş təcrübəsi;
- Rus və İngilis dillərini orta səviyyədə bilməsi;
- Analitik düşünmə qabiliyyəti, Ünsiyyət,komandada işləmək və problemləri həll etmə bacarığı;
- Məsuliyyət, etibarlılıq, dəqiqlik kimi keyfiyyətlərə sahib olması.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az