"Yelo Bank" ASC, Məhsullar üzrə marketinq eksperti vəzifəsi (supervayzer) üzrə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bank məhsulları üçün marketinq strategiyasının hazırlanması və icra edilməsi;
- Müştəri ehtiyaclarının analizi və bazar tədqiqatı apararaq uyğun məhsul və xidmətlərin təşviq edilməsi;
- Rəqəmsal və ənənəvi marketinq kanallarında kommunikasiya planlarının hazırlanması;
- Bankın satış və məhsulların inkişafı komandaları ilə əməkdaşlıqda marketinq fəaliyyətlərinin uyğunlaşdırılması;
- Marketinq kampaniyalarının effektivliyini ölçmək və nəticələrə əsasən optimallaşdırma aparmaq;
- Müştərilərə yönəlik məhsul və xidmətlərin inkişafı istiqamətində yenilikçi həllər təklif etmək.
Tələblər:
- Marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il təcrübə;
- Marketinq alətləri və strategiyaları barədə dərin biliklər;
- Güclü analitik bacarıqlar və bazar tədqiqatı sahəsində təcrübə;
- Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı idarəetmə bacarığı.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az