"Bank VTB (Azərbaycan)" ASC, AML və Komplayens şöbəsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Tələblər:
- Ali təhsil (hüquq və ya maliyyə sahəsində);
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına (yuyulmasına) və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyi, standartları və tələblərini bilmək;
- Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində iş təcrübəsi;
- Təşkilatda PL/TMM qarşı mübarizə proseslərinin avtomatlaşdırılması və idarəetmə təcrübəsi;
- Beynəlxalq sanksiyalar rejiminə riayət edilməsinə dair tələbləri bilmək;
- Коmandanı idarəetmə bacarığı, işçilərin fəaliyyətini koordinasiya, onları məqsədlərə çatmağa motivasiya etmək;
- Məlumatı qiymətləndirmək və əsaslandırılmış qərarlar qəbul etmək üçün yaxşı analitik və kritik düşünmə bacarıqlar
- Rus dili biliyi arzuolunandır.
Vəzifələr:
- PL/TMM qarşı mübarizə və komplayens sahəsində daxili prosedurlara, daxili nəzarət və monitorinq prosedurlarına riayət olunmasının təşkili;
- Komplayens fəaliyyəti ilə bağlı izahatların, arayışların, sənədlərin, məlumatların vaxtında təqdim edilməsi;
- Qarşıya qoyulmuş vəzifələrin həllində təşəbbüslərin nümayiş etdirilməsi və Bankda PL/TMM və Komplayens fəaliyyətinin təkmilləşdirilməsində fəal iştirak etmək;
- Komplayensə dair Bankın daxili sənədləri, FATCA/CRS və PL/TMM ilə müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət;
- PL/TMM və Komplayens məsələləri üzrə işçilərə məsləhət və departamentlərin metodiki dəstəyi (o cümlədən təlim).
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az