"Yelo Bank" ASC, Auditor/aparıcı auditor vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
- Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
- Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
- DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
- DAD əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
- DAD Əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görməsi.
- Qeyd olunan sahələrdə iş təcrübəsi:
- SME və Mikro kreditləşmə;
- Risklərin idarə edilməsi və daxili nəzarət;
- Data analitika.
Tələblər:
- Bank sahəsində minimum 2 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti olmalı, riyazi və məntiqi təfəkkürə malik olmalı;
- Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını, bankdaxili normativ sənədləri bilməli;
- MS Office proqramlarında və digər tələb olunan proqramlarda işləmə bacarığı olmalı;
- Komanda ilə işləmə bacarığı;
- Ünsiyyət bacarığı olmalı;
- Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az