"Pasha Bank" ASC, Özəl bankçılıq üzrə assistent vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi:
- Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
- Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımlı tədbirlərin görülməsi;
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi;
- Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
- İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi;
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
- Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
- Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
- Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi.
Tələblər:
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Lisenziya / Sertifikat: -
- Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
- Bazar üzrə biliklər:
- Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az