"Norm" ASC, Satınalma üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
- Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
- Orta səviyyədə ingilis dili biliyi;
- MS Office komputer proqramı üzrə bacarıqlar;
- CIPS və ya buna bənzər sertifikatın olması arzu olunandır.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin və qrupun qaydalarına uyğun olaraq, son istifadəçilərdən gələn sorğular əsasında mal- materialların vaxtında və sərfəli şərtlərlə satın alınmasının təmin edilməsi;
- Zavod üçün tələb olunan xammal, material və avadanlıqların (sement, qum, çınqıl, kimyəvi əlavələr, ehtiyat hissələri və s.) tələbini dəqiqləşdirərək uyğun satınalma planının hazırlanması;
- Bazar araşdırmalarının həyata keçirilməsi, təchizatçı siyahısının hazırlanması və mütəmadi yenilənməsi, həmçinin əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması;
- Satınalma büdcəsinə nəzarət və xərclərin optimallaşdırılması üçün qiymətlərin və şərtlərin təhlil edilməsi;
- Təkliflər sorğularının (RFP, RFI) hazırlanması və təsdiqlənmiş təchizatçılara göndərilməsi. Təkliflərin alınması, təchizatçılarla dəqiqləşdirmələrin aparılması və tələb olunarsa daxili müştərilərlə görüşlərin təşkili;
- Çatdırılma cədvəllərinin hazırlanması, loqistika həllərinin optimallaşdırılması və tədarük prosesinin koordinasiyası;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların qeydiyyatının aparılması və təqdim edilməsi;
- Təchizatçı müqavilələrinin şərtlərinin təhlil edilməsi, zəruri dəyişikliklərin tətbiqi və müqavilə bağlanma prosesinin effektiv idarə edilməsi;
- Təchizat sənədlərinin maliyyə şöbəsinə vaxtında təqdim edilməsi və dəqiqliyinin təmin olunması;
- Alış tələbnamələrinin vaxtında icra olunması üçün prioritetlərin müəyyənləşdirilməsi və izlənməs;
- Təchizatçı seçimi meyarlarının müəyyən edilməsi və tətbiqi;
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Zemfira Ms
Fins.az