VAKANSİYA

22 Noyabr

Problemli kreditlərin həlli üzrə kiçik mütəxəssis/mütəxəssis - VAKANSİYA

"AccessBank" QSC, Problemli kreditlərin həlli üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Şəxsi portfel üzrə məqsədlərin yerinə yetirilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq;
  • Borcluların axtarışına və onlarla əlaqələrin yaradılmasına yönəldilmiş tədbirlərdə iştirak etmək;
  • Mövcud borcların tənzimlənməsi məsələləri ilə əlaqədar borclulara məsləhətlər vermək;
  • Ödənilməmiş borcların alınması məsələləri ilə əlaqədar təşkilatın mənafeyini məhkəmə instansiyalarında təmsil etmək;
  • Məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək;
  • Təmsilçillik funksiyalarını yerinə yetirmək, Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
  • Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq;
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları informasiya sisteminə daxil etmək;
  • Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin məxfi saxlanmasını təmin etmək, qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq;
  • Mövcud iş formalarının və üsullarının təkmilləşdirilməsi və yenilərinin tətbiq edilməsi ilə əlaqədar təklifləri;
  • Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Mütəxəssisinə təqdim etmək;
  • Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Mütəxəssisi və Meneceri tərəfindən verilən bütün tapşırıqları icra etmək.

Tələblər:

  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və departament direktorları tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
  • İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
  • Şirkətə aid məlumatların məxfiliyinin qorunması; Parolların gizli saxlanılması;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması;
  • Mövcud sistemlərin təkmilləşdirilməsi;
  • Dil bilikləri arzuolunandır;
  • Komandada işləmə bacarığı;
  • Daima öyrənməyə meyillilik.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az