VAKANSİYA

30 Oktyabr

Qəza komissarı - VAKANSİYA

“PAŞA Sığorta” ASC, Qəza komissarı (Bakı şəhəri üzrə) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
  • Region üzrə qəza komissarı qeydiyyata aldığı hadisəni 2 iş günü ərizndə digər şöbəyə yönləndirir;
  • Müştərinin müraciəti əsasında elektron bazada hadisə üzrə məlumatın daxil edilməsi;
  • Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;
  • Dələduzluqların araşdırılması zamanı - tərəflərin yazılı və ya video görüntülü izahatlarının alınması, bu barədə məlumatı ən qısa zamanda Dələduzluqların aşkarlanması şöbəsinə yönləndirmək;
  • Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;
  • Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;
  • Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
  • Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
  • Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;
  • Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin elektron bazasında və ya server-də yerləşdirmək;
  • Region üzrə qəza komissarı zərərə məruz qalmış əmlakın qiymətləndirilməsinə dəstək göstərmək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
  • Müvafiq vəzifədə 1 il təcrübə: (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Office bilikləri.

Biliklər:

  • Yol Hərəkəti Qaydaları;
  • Avtomobil mexanizmi haqqında texniki bilik;
  • Müştərilərlə iş üsulları.

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Problemlərin həlli;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Stressə davamlılıq.

CV-nizi  [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az