"Ziraat Bank Azərbaycan" ASC, IT Audit vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- IT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq olaraq icrası;
- IT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
- IT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi;
- Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması;
- Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
- Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi;
- Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.
Tələblər:
- IT Mühəndislik üzrə təhsil, Ali (o halda IT üzrə sertifikat) ;
- IT sahəsi (IT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi;
- IT Audit və risklərin idarə olunması üzrə biliklər;
- Daxili və Beynəlxalq IT standartları üzrə biliklər.
CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az