"ExpressBank" ASC, Daxili nəzarət departamenti, Bank əməliyyatlarına nəzarət şöbəsi/mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Kredit və qeyri kredit əməliyyatları üzrə qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş səlahiyyət bölgüsünün, tarif və limitlərin pozulmamasına nəzarəti;
- Bank əməliyyatları ilə bağlı bankdaxili qərarların vaxtında və düzgün icrasına nəzarəti;
- Bank proqramına daxil edilən məlumatların tamlığına və düzgünlüyünə nəzarəti və s.
Tələblər:
- Ali iqtisadi və ya texniki təhsil;
- Kredit və əməliyyat sahəsi üzrə ən azı 3 il təcrübə;
- Məsuliyyətlilik, diqqətlik;
- SQL biliyi arzuolunandır;
- Rus və ingilis dil bilikləri arzuolunandır.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az