VAKANSİYA

30 Oktyabr

Əmanət və Kredit əməliyyatlarına nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi - VAKANSİYA

"Xalq Bank" ASC, Daxili Nəzarət İdarəsinin Əmanət və Kredit əməliyyatlarına nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:        

  • Kreditlərin bankın daxili qaydalarına uyğun verilməsinə nəzarəti təmin etmək;
  • Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət etmək;
  • Verilmiş kreditlərin sənədləşdirilməsinin düzgünlüyünün və tamlığının yoxlanılmasını təmin etmək;
  • Kreditlər və əmanətlər üzrə bank proqramında faizlərin hesablanmasına, ödənilməsinə nəzarəti təmin etmək;
  • Müvafiq yoxlamalar zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılmasına nail olmaq, buna dair tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Bankda kredit sahəsində (ön ofis və kreditlərə nəzarət sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə, diqqətli və detallara fikir vermə qabiliyyəti
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az