VAKANSİYA

29 Oktyabr

Biznes proseslərin idarə edilməsi şöbəsinin mütəxəssisi - VAKANSİYA

"Xalq Bank" ASC, Bank Fəaliyyətinə Dəstək İdarəsinin Biznes proseslərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:        

  • Bankda olan biznes proseslərin müəyyən edilməsi və strukturlaşdırılması;
  • Biznes-proseslərin reyestrinin hazırlanması və yenilənməsi;
  • Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi;
  • Biznes prosesərin optimallaşdırılması imkanlarının müəyyən edilməsi;
  • Biznes proseslərin xəritələrinin (blok sxemlərin) hazırlanması;
  • Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Biznes proseslər üzrə xronometrajın hazırlanması və hər proses üzrə vaxt və işçi sərfiyyatının müəyyən edilməsi.

Tələblər:

  • Ali magistr təhsili (iqtisadi, riyazi və ya texniki);
  • Bank işi sahəsi üzrə biliklər;
  • Problem həlletmə bacarığı;
  • Fərdi və komanda ilə işləmək qabiliyyəti;
  • Bank işi sahəsində minimum 1 illik təcrübə;
  • Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • MS Word, MS Excel, MS Visio, DraW IO, EdrawMax və s. proqramları istifadə etmə bacarığı;
  • BPMN 2.0 və digər modellələşdirmə dillərini istifadə etmə bacarığı;
  • Dil bilikləri: İngilis və rus dili orta səviyyədə.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az