"Bank Respublika" ASC, PL/TMM və Komplayens departamentinin kiçik mütəxəssis və mütəxəssisi vəzifələrinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
- PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
- Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
- PL/TMM və Komplayens departamentinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
- Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM və Komplayens departamentinə daxil olan sorğuların araşdırılması və cavablandırılması.
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
- Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (əməliyyat sahəsi üçün ən azı 6 aylıq iş təcrübəsi arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta səviyyədə;
- Kompüter bilikləri: Microsoft Office Word, Excel - orta səviyyədə; (Microsoft Power BI arzuolunandır);
- Öyrənmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az