"Bakcell" MMC, Satış və xidmətlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Müştərilərə daxili prosedur, müvafiq sənəd və proqramlarda (BSS, KPI, FAQ və s.) əks etdirilən qaydalara əsasən satış məntəqəsi vasitəsilə xidmətlərin təmin edilməsi;
- Satış və xidmətlərlə bağlı müştərilərin çətinliklərini həll etmək və şikayətləri qeydə almaq;
- Şirkət tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatın olması və müştərilərə yüksək səviyyədə satış və xidmətlə təmin etmək;
- Müvafiq sənədlərə uygun digər iş öhdəliklərini həyata keçirmək (nizam-intizam qaydalarina riayət, iş qrafikinə uygun işləmək və s.);
- Ofisdə düzgün nizam intizam qaydasının riayyət olunmasını təmin etmək və qayda pozuntuları olarsa, dərhal rəhbərliyə bununla bağlı məlumat vermək;
- İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Şirkətə aid bilgilərin məxfiliyinin qorunması; parolların gizli saxlanılması;
- Administrativ öhdəliklər;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Tələblər:
- Ali və ya peşə məktəbi/orta ixtisas təhsili;
- Müştəri xidmətləri və satış üzrə təcrübə üstünlük hesab olunur;
- Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - yaxşı;
- MS Office programlarını yaxşı bilmək(Excell, Word və s.);
- Təzyiq altında işləmək bacarığı;
- Əla ünsiyyət və təşkilatçılıq bacarığı;
- Çeviklik;
- Muştəriyə fokuslanma;
- Keyfiyyətə fokuslanma;
- Komanda işi və Əməkdaşlıq.
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Zemfira Ms
Fins.az