"Kapital Bank" ASC, Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Öhdəliklər:
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
- Görülmüş işlər üzrə hesabatlar verir.
Tələblər:
- Azərbaycan dilİ mükəmməl, ingilis və rus dillərində də sərbəst danışıq;
- Ali təhsilli, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Yüksəkdir satış bacarıqları;
- Maliyyə təhsili və ya bank təcrübəsinin olmasa da əla ünsiyyət bacarıqlarının olması və müştərilərə məhsullar haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmaq;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az