"TuranBank" ASC, Proseslərin təhlili və optimallaşdırılması üzrə biznes analitik (Mütəxəssis-Baş mütəxəssis) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Tələblər:
- Ali təhsil (iqtisadi və ya texnoloji istiqamətdə olması arzuolunandır);
- Azərbaycan dili (səlis), İngilis dili (texniki səviyyədə) bilikləri;
- Güclü alqoritmik təhlil bacarığı;
- Bank məhsul və xidmətləri haqqında biliklər;
- BPM (Business Process Management) ilə bağlı biliklər;
- Bank sistemləri, verilənlər bazaları, proqramlaşdırmaya dair ümumi biliklər;
- Relyasiyalı verilənlər modeli və SQL haqqında ilkin biliklər;
- Microsoft Office, MS Visio, Trello və digər lazım olan proqram təminatları ilə işləmə bacarıqları;
- Bank sektorunda minimum 3 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Yaradıcılıq;
- Təşəbbüskarlıq;
- Problem həlletmə;
- Əməkdaşlıq.
Öhdəliklər:
- Proseslər üzrə cari vəziyyətin təsviri, modelləşdirmək;
- Biznes proseslərinin effektivlik və səmərəliliyinin zaman, xərc, keyfiyyət, həcm göstəriciləri üzrə ölçmək;
- Biznes prosesləri analiz edərək təkmilləşdirmə imkanlarını müəyyən etmək, təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
- Prosesləri optimallaşdırmaq;
- Proseslərin gələcək vəziyyətinin dizaynı;
- Proses xəritəsi, iş axını sxemləri və proses sənədlərini hazırlamaq;
- Prosedurlarda düzəliş etmək, proses icraçıları və sahibləri ilə razılaşdırmaq;
- Biznes proseslərinin əməliyyat ardıcıllıqlarının prosedur, təlimatlarda tam təsvir etmək;
- Sənədləşdirilmiş biznes proseslərinin ölçülməsi və təkmilləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirmək;
- Biznes prosesləri üzrə əsas performans göstəricilərini müəyyən etmək və razılaşdırmaq;
- Mövcud biznes tələbləri əsasında informasiya sistemlərinin inkişaf etdirilməsi üçün tərəflərlə müzakirələr aparmaq;
- Biznes tələblərə əsasən informasiya sistemlərində ehtiyac olan funksional imkanları və onların işləmə məntiqini araşdırmaq, detallı təhlillər aparmaq və optimal həllər təklif etmək;
- Hazırlanacaq informasiya sistemləri, proqram modulları və ya yeni funksional imkanlar üçün texniki tapşırıqlar hazırlamaq;
- Biznes tələblərinə əsasən hazırlanmış texniki tapşırıqları proqramlaşdırma komandası ilə müzakirə etmək və razılaşdırmaq;
- Proqramlaşdırma komandası və biznes strukturları arasında əlaqələndirməni həyata keçirmək;
- Sistem sınaqlarında və sistemin tətbiqi prosesində iştirak etmək;
- Proqram təminatının həyata dövrü boyunca inkişaf layihələrində iştirak etmək;
- Müvafiq işlərlə əlaqədar təqdimatlar hazırlamaq.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az