"Pasha Bank" ASC, Layihə rəhbəri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;
- Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
- Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onun birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;
- Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
- İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
- Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatların verilməsi;
- Təşəbbüs müddətində işin sahiblənilməsi (layihənin uğurla həyata keçirilməsinə başlanma tarixindən bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilmə daxildir.);
- Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə.
Tələblər:
- Təhsil: İnformasiya Texnologiyaları, Maliyyə, İqtisadiyyat sahəsində Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 (iki) il;
- Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 (arzuolunandır);
- Xarici dillər: İngilis (səlis), rus (arzuolunandır);
- Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi üzrə proqramlar (məs. Jira.);
- Məhsul üzrə biliklər: Biznes texnologiyalarında geniş təcrübə və maraq.
- Digər tələblər: Proqram təminatının yazılması prosesləri üzrə biliklər, şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az