VAKANSİYA

21 Oktyabr

İstehsalat və keyfiyyət üzrə baş texnoloq - VAKANSİYA

"Norm" ASC, İstehsalat və keyfiyyət üzrə baş texnoloq vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

İş yeri: Qarabağ

Tələblər: 

  • Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) Təhsili
  • Cəmi 5 ildən artıq iş təcrübəsi, əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi olmalı
  • Hazır beton qarışığı istehsalı, əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması
  • İngilis dilini orta səviyyədə bilmək
  • MS Office proqramlarında işləmək

Əsas vəzifə və öhdəliklər:

  • Satış, tələb proqnozlarına, resursların mövcudluğuna və keyfiyyət tələblərinə əsaslanaraq istehsal planlarını və cədvəllərini hazırlamaq.
  • İstehsal fəaliyyətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək və təmin etmək.
  • Proseslərin optimallaşdırılması, səmərəliliyin artırılması və xərclərin azaldılması imkanlarını müəyyən etmək üçün istehsal proseslərini, iş axınını və avadanlıq performansını təhlil etmək.
  • İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət etmək
  • Məhsulun standartlar daxilində istehsal edilməsinə nəzarət edilməsi
  • Departamentin fəaliyyəti ilə əlaqəli iş təlimatlarının hazırlanması 
  • İstehsal fəaliyyətinin davamlı monitorinqi və təhlili, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
  • Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək və təhlükəsiz iş mühitini təşviq etmək.
  • Risklərin qiymətləndirilməsi, təhlükənin müəyyən edilməsi və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi
  • İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və istehsal hesabatlarının hazırlanması.
  • Test üsullarının müvafiq standartlara uyğunluğunu yoxlamaq
  • Aparılan yoxlamaların və sınaqların dəqiq nəticələrinin saxlanılması
  • Təchizatçılardan alınan məhsulların sınaqdan keçirilməsi və təchizatçıların fəaliyyətinin qeydlərinin aparılması
  • Uyğunsuzluqları və səhvləri müəyyən etmək və səbəbləri araşdırmaq
  • Keyfiyyətə nəzarət sistemlərinin qurulması və idarə edilməsi
  • Xammal və hazır məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verdiyinə əmin olmaq üçün sınaqdan keçirilməsi və təhlil edilməsi
  • Məhsulun keyfiyyətini təmin etmək üçün sınaq və təhlil protokollarının işlənib hazırlanmasında iştirak etmək
  • Keyfiyyətdən sapmaların səbəblərini müəyyənləşdirilməsi və düzəldici tədbirlər təklif edilməsi
  • Məhsulun izlənməsini və uyğunsuzluq hallarının idarə olunmasını təmin etmək
  • Keyfiyyətə nəzarət üçün lazım olan avadanlıqlara qulluq edilməsi
  • Keyfiyyətə nəzarət avadanlıqlarının kalibrlənməsini təmin etmək
  • Avadanlıqlara texniki qulluq işlərinin yerinə yetirilməsinə dəstək vermək
  • İstehsalın bütün mərhələlərində yoxlamaların aparılması
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
  • Müştərilərə məhsulların və həll yollarının təqdim edilməsi
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
  • Müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək
  • Keyfiyyət, kommersiya, satınalma və s. məsələlərlə bağlı NORM Rəhbərliyinə hesabat vermək.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Zemfira Ms
Fins.az