VAKANSİYA

23 Oktyabr

Əməliyyat Risklərinin İdarəolunması üzrə kiçik mütəxəssis/mütəxəssis - VAKANSİYA

“PAŞA Sığorta” ASC Əməliyyat Risklərinin İdarəolunması üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə və öhdəliklər:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
  • Risk iştahının hazırlanmasında iştirak etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
  • Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

Biliklər:

  • İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə bakalavr təhsili;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

Təcrübə:

  • Ümumilikdə əlaqəli sahədə 3 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

Bacarıqlar:

  • Təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
  • Stresə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

CV-nizi  [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az