"PAŞA Sığorta” ASC, IT Risklərin İdarəolunması üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə və öhdəliklər:
- IT risklər üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
- Mütəmadi olaraq IT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- IT risklər üzrə risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
- IT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- IT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- IT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş IT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
- IT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;
- Cəmiyyət tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biliklər:
- Kompüter elmləri, İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə:
- Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Bacarıqlar:
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
- Stresə davamlılıq;
- Təşəbbüskarlıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətli olmaq.
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az