"Xalq Bank" ASC, Rəqəmsal Bankçılıq İdarəsinin Məhsul və xidmətlər şöbəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Yeni rəqəmsal məhsul və xidmətlərin yaradılması ,habelə ənənəvi bank məhsullarının rəqəmsallaşdırılması istiqamətində işləri təşkil etmək;
- İnternet və mobil bankçılıq tətbiqlərində yeni funksionallıqların reallaşdırılması üçün tələblərin tərtib etmək;
- İstifadəçi qəbulu sınaqlarını (UAT) aidiyyati struktur bölmələr ilə birlikdə həyata keçirmək və funksionallığı təhvil vermək;
- Texniki xətaları, biznes proseslərdə boşluqları müəyyənləşdirmək və aradan qaldırılması üçün tətbirlər görmək;
- Mövcud və təklif edilən yeni proseslərin sxematik vizuallaşdırılması;
- Rəqəmsal xidmətlər üçün bankdaxili biznes proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə zəruri sənədləri tərtib etmək (flow, diagram,istifadəçi use case-ları, iş planı, texniki tələblər və s.);
- Yeni rəqəmsal xidmət və məhsullar üçün tələblərin formalaşdırılmasında müvafiq Biznes, əməliyyat, texniki struktur bölmələri və kənar təchizatçılarla birgə fəaliyyəti təşkil etmək;
- Verilən biznes tələbləri təhlil etmək, zənginləşdirmək və texniki tələbləri formalaşdırmaq;
- Bankdaxili sistemlərdə baş verən dəyişikliklərdən dolayı Rəqəmsal bankçılıq tətbiqlərinin adaptasiyası üçün zəruri işləri müəyyənləşdirmək və icrasını təşkil etmək;
- Yerli və xarici bazarlarda yeni maliyyə texnologiyalarını araşdırmaq və tətbiqi üçün təkliflər hazırlamaq;
- Rəqəmsal bankçılıq üzrə həyata keçirilən işlər və layihələrin icrası prosesləri üzrə hesabat aparmaq;
Tələblər:
- Ali magistr təhsili;
- Rəqəmsal xidmətlərin inkişafı sahəsində Biznes analitik kimi minimum 1 il təcrübənin olması;
- Biznes tələblər və texniki sənədlərlə iş təcrübəsi;
- Rəqəmsal maliyyə texnologiyaları barədə biliklərin olması;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Güclü analitik düşünmə qabiliyyəti;
- Rus və ingilis dilini bilmək arzuolunandır;
- Layihələrin idarəedilməsi üzrə bilik və sertifikatlarin olması üstünlükdür;
- Bank və ödəniş sistemləri(Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması;
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az