VAKANSİYA

21 Oktyabr

Onlayn satış kanalları ilə iş meneceri - VAKANSİYA

"Bank Respublika" ASC, Onlayn satış kanalları ilə iş şöbəsinin meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Müəssisə və təşkilatlarla görüşün keçirilməsi;
  • Yeni müştəri bazaların əldə edilməsini təmin etmək bacarığı;
  • Soyuq zənglər üzrə hədəflərin qurulması, onun icrasına nəzarət;
  • Direkt marketinq bacarığının olması;
  • Satış texnikaları üzrə tədris imkanlarının olması;
  • Kurasiyasında olan əməkdaşlara məsafədən nəzarəti həyata keçirmək;
  • Əməkdaşlar üzrə gündəlik, həftəlik, aylıq satış planlarının hazırlanması və qarşıya qoyulan hədəfə köklənmə bacarığının olması.

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır)
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Ağır iş yükü altında işləmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az