VAKANSİYA

17 Oktyabr

Satış mütəxəssisi - VAKANSİYA

"PASHA Capital" QSC, İnvestisiya məhsulları üzrə satış mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Daxil olan müraciətlər əsasında müştəriyə uyğun məhsulların təklif edilməsi;
  • Müştərilərə İnvestisiya məhsulu və xidmətləri haqqında məlumatların verilməsi, satışın icra edilməsi;
  • Daxil olan zənglərin cavablandırılması;
  • Müştərilərlə istər ofisdə, istərsə də ofisdən kənar görüşlərin təşkili;
  • Görülən işlə bağlı hesabatların hazırlanması;
  • Şirkətin məhsul və xidmətlərinin təklifi, müraciətlər üzrə satışının aparılması;
  • Potensial müştərilərin cəlb edilməsi;
  • Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
  • Müştərilərdən daxil olan müraciət və problemlərə operativ baxılması;
  • Satış statistikasının təhlili.

Tələblər:

  • Təhsil: Maliyyə, İqtisadiyyat üzrə;
  • Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
  • Xarici dillər: Azərbaycan və İngilis dili - əla, Rus dili yaxşı;
  • Kompüter bilikləri: MS Office;
  • Məhsul üzrə biliklər: Ticarət terminallarından (TradingView, Metatrader) istifadə bacarığı üstünlük hesab edilir; Yerli kapital bazarları, marjinal ticarət, həmçinin digər investisiya xidmətləri haqqında bilikləri olanlara üstünlük verilir; Maliyyə xidmətləri sahəsində satışın psixologiyası və prinsiplərini yaxşı bilmək.
  • Başqa tələblər: Potensial müştəri ilə ünsiyyətdə satış bacarığı; Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma bacarığı; Dəqiqlik və operativlik; Fərdi və komanda tərkibində işləmə bacarığı; Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az