VAKANSİYA

10 Oktyabr

Kiçik mütəxəssis - VAKANSİYA

"Xalq Bank" ASC, Maliyyə İdarəsinin Maliyyə nəzarəti və bankxarici hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Mərkəzi Banka gündəlik hesabatların hazırlanması;
  • Tədiyyə balansı, qabaqcadan ödənişlər hesabatı hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək;
  • Bank üzrə ümumi statistika hesabatı hazırlamaq ;
  • Şöbə, idarə rəisinin müavini və idarə rəisinin şöbənin, habelə idarənin fəaliyyəti ilə əlaqədar ona tapşırdığı işləri yerinə yetirmək;

Tələblər:

  • Ali magistr təhsili və maliyyə üzrə sertifikasiyası (Maliyyə və İqtisad arzuolunandır);
  • Müvafiq sahədə bank təcrübəsi arzuolunandır;
  • Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
  • Məsuliyyət və dəqiqlik;
  • MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
  • Təhliletmə və hesabat tərtib etmə bacarığı olmalı;
  • Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 
 

Zemfira Ms
Fins.az