"PAŞA Bank" ASC, qrafik dizayner vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Məhsulun xususiyyətinə uyğun priotiplərin çəkilməsi;
- Məhsul çərçivəsində araşdırmaların hazırlanması və həyata keçirilməsi;
- Müştəriləri istəklərini toplamaq və nəticə şəklində qeyd etmək;
- İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək vermək;
- Sketch, Adobe Photoshop və Adobe Illustrator kimi dizayn alətlərini istifadə etmək və təkmillərşdirmək;
- PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq.
Tələblər:
- Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması biliklərinin olması üstünlükdür;
- Texnoloqiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərin yaradılması təcrübəsi;
- Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər;
- İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna aid dizayn işlərinə daha çox önəm verilir;
- Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi;
- Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi;
- Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az