VAKANSİYA

07 Oktyabr

Mütəxəssis - VAKANSİYA

"Xalq Bank" ASC, Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Banklararası valyuta və qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq;
  • Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
  • Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək;
  • Əməkdaşlıq etdiyi yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
  • Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə, əməliyyatlara nəzarət etmək;
  • Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank işi sahəsində təcrübə;
  • Azərbaycan / Rus / İngilis dillərini mükəmməl səviyyədə bilmək;
  • Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri (MS Excel proqramı üzrə mükəmməl biliklər tələb olunur)

CV-nizi göndərmək üçün linkə daxil olun.

Zemfira Ms
Fins.az