"Xalq Bank" ASC, Bank fəaliyyətinə dəstək idarəsinin Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi (tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, digər zəruri olan bəndlərin mövcudluğuna nəzarət);
- Layihə komandası ilə işin təşkili və komandanın koordinasiyası;
- Layihənin gedişatında yaranan çətinliklərin araşdırılması və onların həlli üçün dəstəyin göstərilməsi;
- Bütün layihə sənədlərinin (layihənin nizamnaməsi, tədbirlər planı, layihə görüşlərinin protokolları, layihəyə dəyişiklik haqqında cədvəl, layihə haqqında yekun hesabat) müvafiq tələblərə uyğun olmasının təmin edilməsi;
- Layihə proseslərinin və nəticələrinin izlənməsi və digər tapşırıqların yerinə yetirilməsi;Maraqlı tərəflər üçün layihənin statusu haqqında hesabatların hazırlanması;
- İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali magistr təhsili;
- Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Bank qanunvericiliyi barədə biliklərə sahib olmaq arzuolunandır;
- Texniki tapşırıq və sınaq testlərinin (test case) hazırlama bacarıqları;
- Peşəkar səviyyədə MS Office proqramlarında işləmə bacarığı (Word, Excel, PowerPoint və Outlook);
- Layihə idarə edilməsində istifadə olunan hər hansı proqram təminatında iş təcrübəsi;
- Layihə idarəedilməsi sahəsində sertifikatların olması arzuolunandır;
- Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, təqdimat bacarığı;
- Rus və ingilis dillərini bilmək arzuolunandır.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az